logo

Şamaxıda 3,7 ballıq zəlzələ olub

09:29 20-11-2024 | icon 329
Şamaxıda 3,7 ballıq zəlzələ olub

Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan YeniAvropa-ya verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.7-ə bərabər olub.

Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.