Bu gün səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən mənzildə intihara cəhd hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, bu barədə vətəndaşın yaxınları Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
Məlumatdan dərhal sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2000-ci il təvəllüdlü vətəndaş yaşadığı mənzildə intihara cəhd göstərib.
Qeyd edilib ki, xilasedicilərin çevik müdaxiləsi sayəsində xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısı açılıb və özünə müxtəlif bədən xəsarətləri yetirərək intihara cəhd etmiş vətəndaş mənzildə huşsuz vəziyyətdə aşkar olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.