logo

Daxili İşlər Nazirliyi dələduzlarla bağlı  əhaliyə çağırış edib

14:14 21-09-2024 | icon 2135
Daxili İşlər Nazirliyi dələduzlarla bağlı  əhaliyə çağırış edib

Yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər olunur. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir və onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçün pul tələb edilir.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) əhaliyə müraciətində deyilir.

Nazirliyin çağırışında daha sonra vurğulanır: “Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

Bütün bunları nəzərə alaraq bir daha çağırış edirik ki, həmin hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər”.