Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması onun ölümü ilə nəticələnib.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə polis nəfəri Ruslan Kazımovun tabel silahını təmizləməsi zamanı baş verib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri R.Kazımovun həyatını xilas etmək mümkün olmayıb.