logo

Zığ dairəsi - Hava Limanı yolunda sürət həddi endirilib

09:29 08-04-2024 | icon 1274
Zığ dairəsi - Hava Limanı yolunda sürət həddi endirilib

Yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bütün məlumat  tablolarında “sürüşkən yol” işarəsi qoyulub.