logo

Faktiki hava:Ölkə ərazisində  şimşək çaxıb,yağış və qar yağıb

09:09 08-04-2024 | icon 3122
Faktiki hava:Ölkə ərazisində  şimşək çaxıb,yağış və qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin aprelin 7-si saat 10:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, düşən yağıntının miqdarı Şəkidə 25, Oğuzda 23, Gədəbəydə 16, Gəncədə 10, Qəbələ, Qrız, Şəmkir, Daşkəsən, Şahdağ, Göygöl, Ağdam, Zaqatala, Balakən, Lerik, Quba, Qax, Naxçıvan, Ordubad, Naftalan, Qusar, Xaltan, Tərtər, Yevlaxda 8 millimetrədək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qrız, Şahdağda duman müşahidə edilib.

Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 20-23 dərəcə, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 7 dərəcəyədək isti olub.