"TikTok" ötən il Azərbaycan üzrə iki milyondan çox video silib
Aparıcı qısa video platforması olan "TikTok" istifadəçilərin təhlükəsizliyini mütləq prioritet hesab edir və insanların yaradıcılığını göstərməsi və yeni biliklər qazanması üçün xoş mühit yaradır.
YeniAvropa xəbər verir ki, platformada təhlükəsizliyi qorumaq üçün "TikTok" platformanın İcma Qaydalarını pozan məzmunu müəyyən etmək və ona qarşı tədbir görmək üçün innovativ texnologiyadan və peşəkarlardan ibarət komandalardan istifadə edir. Hazırda dünyada müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində danışan 40 000-dən çox insan TikTok-da istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün çalışır.
"TikTok" təhlükəsizlik təcrübələri ilə bağlı şəffafdır və mütəmadi olaraq silinən videolar və hesablar haqqında məlumat yerləşdirir. Platformadan çıxarılan məzmunun həcmi və xarakteri haqqında məlumatlar rüblük olaraq açıqlanır. Ən son İcma Təlimatlarının İcra Hesabatlarına əsasən, 2023-cü ilin dördüncü rübündə dünya üzrə 176 461 963 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, rübdə TikTok tərəfindən silinən ən çox video sayıdır. Silinmiş videoların 96,7%-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun yerləşdirilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir. Videoların 89,9%-i yayımlandıqdan sonra 24 saat ərzində silinib. 8 012 732 canlı yayım qanun pozuntularına görə dayandırılıb.
Eyni müddət ərzində Azərbaycanda 903 041 video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır. Silinmiş videoların ümumi sayının 98%-i platforma tərəfindən proaktiv şəkildə silinib. Videoların 95,8%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində çıxarılıb.
Ümumilikdə, 2023-cü ildə Azərbaycanda İcma Qaydalarının pozulmasına görə 2 071 243 video silinib.
"TikTok" azyaşlı istifadəçilər kimi həssas qrupa xüsusi diqqət yetirir. "TikTok" 13 və daha yuxarı yaşlı istifadəçilər üçün platformadır və hər bir yeni istifadəçiyə tam doğum tarixi tələb olunan qeydiyyat forması təqdim olunur. Platformanın moderator komandası hesabın 13 yaşından kiçik istifadəçiyə aid ola biləcəyini göstərən əlamətləri aşkar etmək üçün təlim keçib. Təhlükəsizlik qrupu hesabın uşağa aid olduğuna əmin olarsa, o bloklanır. "TikTok", sahiblərinin 13 yaşdan kiçik ola biləcəyi üçün silinən hesabların sayını açıqlayan ilk böyük platformadır. Belə ki, 2023-cü ildə dünya üzrə 13 yaşdan kiçik 76 484 236 istifadəçi hesabı silinib.
"TikTok", həmçinin hər altı aydan bir dünyanın müxtəlif ölkələrinin hökumətlərindən gələn sorğular haqqında məlumatları ehtiva edən hesabatlar dərc edir, burada belə sorğuların sayını, görülən tədbirlər və silinən məzmunun miqdarını açıqlanır.
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib