logo

Bakıda 500 yerlik iki  narkoloji xəstəxana tikilir-Nazir

12:12 01-04-2024 | icon 1526
Bakıda 500 yerlik iki  narkoloji xəstəxana tikilir-Nazir

Hazırda Bakı şəhərində iki böyük narkoloji xəstəxananın inşası davam edir.

YeniAvropa xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı söyləyib.

Nazir qeyd edib ki, bu xəstəxanaların biri 350, digəri isə 150 çarpayılıqdır.

“Hesab edirəm ki, bu xəstəxanalar istifadəyə verildikdən sonra ölkəmizdə bu sahədə çarpayı fondunun artırılması ilə yanaşı, göstərilən narkoloji xidmətin keyfiyyətinə də müsbət təsirini göstərəcək”, - deyə T.Musayev əlavə edib.