logo

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

10:10 29-03-2024 | icon 756
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Aprelin 2-dən Azərbaycanda ilk sosial televiziya nümunəsi olaraq DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya məlumat verilib.

Nazirliyin internet resursu olan DOST TV yayım konsepsiyasında əsasən əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları əhatə olunacaq.

DOST TV izləyicilərinə sosial yenilikləri, islahatlar, yeni layihələr, qanunvericilik və sosial hüquqlar, dövlət sosial xidmətləri barədə dolğun məlumatları çatdıracaq.

Yeni TV izləyiciləri ilə birbaşa təmasda, canlı yayım rejimində çalışacaq. Profilinə uyğun informativ xarakterli verilişləri yayımlamaqla yanaşı, sosial şəbəkə istifadəçilərinin sosial məsələlərlə bağlı sualları da nazirlik rəsmilərinin iştirakı ilə birbaşa cavablandırılacaq.

Digər dövlət qurumları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıqda fəaliyyət göstərəcək DOST TV həmin qurumların, QHT nümayəndələrinin, ekspertlərin iştirakı ilə sosial mövzularda təhlil və müzakirələrə də daim açıq olacaq.

DOST TV-nin videolinkinə keçid belədir: https://www.youtube.com/watch?v=Py5iOxd_w44.