Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 72 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 269,o cümlədən borclu şəxs qismində axtarışda olan 217 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 39 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.