logo

Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək

10:10 28-03-2024 | icon 1519
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək

“PMD Projects” MMC ilə “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin (AISA) təşkilatçılığı ilə “Towards COP29” şüarı altında “Sustainable Construction Summit” adlı tədbir keçiriləcək.

AISA-dan AZƏRTAC-a bildirilib ki, may ayının 15-də “Flame Towers, Fairmont Baku Hotel”də keçiriləcək tədbirdə tikinti sahəsi üzrə tənzimləyici qurumların, ölkədə fəaliyyət göstərən 150-dən çox ən qabaqcıl tikinti şirkətlərinin, tikinti sektoru üçün subpodratçıların, innovativ həllər təklif edən şirkətlərin və onların 300-dən çox nümayəndəsinin iştirakı gözlənilir.

Tədbirin təşkilat komitəsindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi fonunda təşkil olunacaq tədbirdə dayanıqlı tikinti həlləri, müasir və innovativ tikinti üsulları, tikinti təhlükəsizliyi, ağıllı tikinti sistemləri kimi mövzular üzrə müzakirələr aparılacaq.

“PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşevin dayanıqlı tikinti ilə bağlı tədbirin vizyonu istiqamətində təqdimatı ilə başlayacaq tədbirdə “Construct the Future”, “Building Smart” adlı davos tipli panellərdə müzakirələr aparılacaq.

Tədbir haqqında ətraflı məlumatı Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının www.aisa.az  rəsmi veb-saytı və sosial media hesablarından əldə etmək mümkündür.

Facebook: https://www.facebook.com/profile.php?id=100091964569129 

Instagram: https://www.instagram.com/aisa.org.az/ 

LinkedIn: https://www.linkedin.com/company/94141362/admin/feed/posts/ .