Prezident İlham Əliyev martın 27-də Bakı Dövlət Universitetinin rektorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin".
Qeyd edək ki, Elçin Babayev prezidentin 2019-ci il martın 11-də imzaladığı sərəncamla ilk dəfə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilib. O, bu gün növbəti 5 il müddətinə həmin universitetin rektoru təyin olunub.