Bakı metrosunun “Nəsimi” stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.Qeyd edilib ki, alışmanın qarşısı dərhal alınıb.
Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.