logo

Bakıda bayram günlərində təcili yardıma 15 mindən çox müraciət olub

10:50 27-03-2024 | icon 1869
Bakıda bayram günlərində təcili yardıma 15 mindən çox müraciət olub

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə martın 20-dən 26-dək 15 min 763 çağırış daxil olub. Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən 1596 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Daha çox müraciət martın 21, 22 və 23-də qeydə alınıb. Belə ki, martın 21-də müraciət sayı 2 min 311, hospitalizasiya olunanların sayı 247, martın 22-də müraciət sayı 2 min 366, hospitalizasiya olunanların sayı 214, martın 23-də müraciət sayı 2 min 314, hospitalizasiya olunanların sayı isə 252 təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və digərləri ilə bağlı olub.