logo

ASAN TV fəaliyyətə başlayır

13:53 15-03-2024 | icon 728
ASAN TV fəaliyyətə başlayır

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşların dövlət xidmətləri barədə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, bu istiqamətdə növbəti addım kimi ASAN onlayn TV fəaliyyətə başlayır.

ASAN Radionun bazasında qurulacaq ASAN TV dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya olacaq.

Məqsəd video məzmunun daha keyfiyyətli təqdimatı, izləyici auditoriyasının sayının və sərhədlərinin genişlənməsi, dövlət xidmətləri ilə bağlı vizual olaraq daha əhatəli maarifləndirməni təmin etməkdir.

Xatırladaq ki, prezident İlham Əliyevin tapşırığına əsasən 2015-ci in dekabrın 24-də yaradılan ASAN Radionun 9 illik fəaliyyəti dövründə hər zaman video məzmunun mövcudluğuna və sosial mediada aktivliyə xüsusi önəm verilib.

"Youtube" keçid:https://youtu.be/SA1DdTbsnpo