logo

Ağdaş rayon Mərkəzi Xəstəxanasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb

11:55 14-03-2024 | icon 1372
Ağdaş rayon Mərkəzi Xəstəxanasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb

“Ağdaş rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Ağdaş rayon Prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, araşdırma zamanı 2018-ci il sentyabrın 1-dən 2023-cü il sentyabrın 1-dək həmin tibb müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda əmək haqqı hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar nəzərdə tutulandan artıq pul vəsaitlərinin köçürülməsi və digər yollarla xeyli miqdarda pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2-ci, 179.2.3-cü və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.