logo

Qarabağda 2 polis əməkdaşı ehtiyatsızlıqdan həyatını itirib

09:29 13-03-2024 | icon 2702
Qarabağda 2 polis əməkdaşı ehtiyatsızlıqdan həyatını itirib

Martın 13-də saat 3 radələrində işğaldan azad edilən əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Araşdırma aparılır.