Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 110 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 319 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarılan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 66, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb.