logo

Sabah Bakıda arabir yağış yağacaq, 8° isti olacaq

12:52 09-03-2024 | icon 1344
Sabah Bakıda arabir yağış yağacaq, 8° isti olacaq

Azərbaycanda martın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, martın 10-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir dumanolacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhəri, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 6-11° isti olacaq.

Mingəçevir şəhəri, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 5-9° isti, dağlarda gecə 0-5°, yüksək dağlıq ərazilərdə 10°-dək şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Şirvan şəhəri, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında

havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-12° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 6-11° isti, dağlarda gecə 0-3°, gündüz 3-6° isti olacağı proqnozlaşdırılır.

Gecə və səhər ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlayacağı ehtimalı var.