logo

Mingəçevir şəhər xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb

13:13 04-03-2024 | icon 1379
Mingəçevir şəhər xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Şəhər prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, araşdırma zamanı həmin tibb müəssisəsinin 2021-ci ilin yanvarından 2023-cü ilin oktyabrınadək olan dövrdə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış 50 min manatdan artıq məbləğdə pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.