logo

Xocalıda aşkarlanan kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb

20:20 29-02-2024 | icon 1078
Xocalıda aşkarlanan kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb

Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunan ərazidə davam edən baxış istintaq hərəkəti nəticəsində bu gün daha bir azyaşlıya aid insan qalıqları aşkar edilib, bununla da kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 5 nəfərə (onlardan 2-nin azyaşlı olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib.

Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində hadisə yerinin müayinəsi davam etdirilir.