“Bakı Metropoliteni” QSC-də gediş haqlarının artırılması barədə müzakirələr aparılmır.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
Bundan başqa, H.Məmmədov bu il Bakıya yeni vaqonların gətiriləcəyini bildirib.
"Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir", - deyə sədr müavini əlavə edib.