Səfərbərlik xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülüb.
Dövlət Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78 əməkdaş, 2024-cü ilin müvafiq dövründə isə 58 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə 6 fakt üzrə 26 nəfər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Bundan başqa, xaricdə ali təhsil almaları ilə bağlı saxta sənəd təqdim etməklə və digər yollarla müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınan şəxslərin hərəkətlərinə prosessual qiymət verilməsi üçün xidmətin yerli qurumlarında toplanmış çoxsaylı materialların aidiyyəti istintaq orqanlarına göndərilməsi təmin edilib.
Qeyd edək ki, bu kimi tədbirlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.
Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib