Fevralın 29-da doğulanlar nədən 4 il sonra ad günü keçirirlər?
YeniAvropa xəbər verir ki, Yerin Günəş ətrafında fırlanması üçün 365,2422 gün lazım gəlir. XVI əsrdə başlayan Qərb təqvimində bir il 365 gün olaraq təyin olunur. İlin qalan 0,2422 günü,yəni 5 saat, 48 dəqiqə və 46 saniyə - dörd ildən bir əlavə gün hesab olunur. Bu tənzimləmə sayəsində saatlarımız Yerin fırlanmasına və fəsillərə uyğun olaraq qalır. Ona görə də, fevralda üç il 28 gün olduğu halda, təqvim dörd ildən bir 29-u göstərir.
Statistikaya görə, fevralın 29-da dünyada təxminən 4,1 milyon insan doğulur.