Hazırda Azərbaycanda 2 min 400-dək vəkil fəaliyyət göstərir
Hazırda ölkədə 2 min 400-ə yaxın vəkil, 130-dan çox vəkil bürosu fəaliyyət göstərir. Ölkəmizdə vəkil korpusu xeyli cavanlaşıb.
YeniAvropa xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Biz gələcəyin vəkilləriyik” adlı növbəti qış məktəbinin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
"Vəkillər Kollegiyası, Gənclər Fondu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti qış məktəbi təşkil edilib. Bu işlər nəticə etibarilə ölkədə insanların hüquqi yardıma əlçatanlığını təmin edir, eyni zamanda, gənc hüquqşünasların hüquqi və təcrübi biliklərinin artırılmasına səbəb olur. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da tələbələrin, gənc hüquqşünasların tədrisi yalnız nəzəri biliklərlə kifayətlənmir. Nəzəri biliklər təcrübi biliklərlə vəhdət təşkil etməlidir. Bu baxımdan son zamanlar Vəkillər Kollegiyası gənclər üçün geniş imkanlar yaradır. Yüzlərlə gənc Vəkillər Kollegiyasında və vəkil bürolarında təcrübə keçir. Qış məktəbində iştirak etmək üçün müraciət edən namizədlərdən 40 nəfəri - ən layiqli və ən yaxşı motivasiya ilə çıxış edənlər seçilib. Önəmli məsələ odur ki, gender bərabərliyi təmin olunub. Belə ki, seçilənlərdən yarısı qızlar, yarısı isə oğlanlardır. Eyni zamanda, bütün respublika əhatə olunub. Həmçinin Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin 8 tələbəsi qış məktəbində iştirak edir. Bundan sonra da Vəkillər Kollegiyası olaraq bu işləri davam etdirmək niyyətindəyik. Ümid edirəm ki, yay mövsümündə də yay məktəbi təşkil olunacaq və Azərbaycan gəncləri, gənc hüquqşünaslar vəkillik peşəsinin əsasları və hüquq sahəsinin müxtəlif məsələləri ilə bağlı təcrübəli trenerlər, müəllimlər tərəfindən maarifləndiriləcəklər. Onlar həm asudə vaxtlarını maraqlı keçirəcəklər, həm də biliklərini artırmaq imkanı əldə edəcəklər", - deyə A.Bağırov bildirib.
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib