Xankəndi şəhərində silah-sursat aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən gün Xankəndi şəhəri ərazisində 3 müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 5 tüfəng, 49 qumbara, 61 qumbara alışdırıcısı, 17 partlayıcı, 236 patron darağı, müxtəlif çaplı 12 min 255 patron və digər sursatlar aşkar olunaraq götürülüb.