Bakı şəhərində yerləşən 3 saylı (Yasamal rayonu) “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən bir ay müddətinə bağlanacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, vətəndaşlar qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlardan 2024-cü il martın 1-dən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edilir.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 83.
“ASAN xidmət” mərkəzlərinin ünvanları barədə ətraflı məlumatı https://asan.gov.az/service-centers/asan-xidmetler keçidi və ya 108 Çağrı Mərkəzi vasitəsilə əldə etmək olar.