logo

Daha 24 ailə Laçına yola salınıb

09:09 28-02-2024 | icon 1162
Daha 24 ailə Laçına yola salınıb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

YeniAvropa xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 24 ailə - 89 nəfər köçürülüb.

Xatırladaq ki, bugünkü köç də nəzərə alınmaqla indiyədək Laçın şəhərinə cəmi 451 ailə (1705 nəfər), Laçın rayonunun Zabux kəndinə isə cəmi 211 ailə (808 nəfər) köçürülüb.