logo

Rusiya, Azərbaycan və İran elektrik sistemlərini birləşdirir

11:33 27-02-2024 | icon 1288
Rusiya, Azərbaycan və İran elektrik sistemlərini birləşdirir

Rusiya, Azərbaycan və İran arasında elektrik sistemlərinin birləşdirilməsi istiqamətində danışıqlar davam edir.

YeniAvropa xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali İRNA agentliyinə müsahibəsində deyib. O bildirib ki, sistemlərin birləşdirilməsi enerji mübadiləsinin həyata keçirilməsinə imkan verəcək. Bununla yanaşı zəruri ehtiyac yarandığı halda qarşı tərəfdən enerji idxalı da həyata keçirilə bilər.

Bu gün Tehranda Rusiya-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın iclasına toxunan səfir nəzərə çatdırıb ki, iclasda müzakirə olunacaq əsas məsələlərdən biri 162 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisi olacaq.