Beynəlxalq Ticarət Palatasının baş katibi Con Denton ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.