logo

Aşqabadda MDB-yə üzv ölkələrin hökumət başçılarının iclası keçiriləcək

13:53 26-02-2024 | icon 1141
Aşqabadda MDB-yə üzv ölkələrin hökumət başçılarının iclası keçiriləcək

Mayın 24-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

“Fevralın 27-də Minskdə keçirilən görüşdə MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri MDB Hökumət Başçıları Şurasının mayın 24-də Aşqabadda keçiriləcək növbəti iclasının gündəliyinin layihəsinə dair təkliflərə baxacaqlar”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub. O vaxt iclasda Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan hökumət başçıları, Azərbaycan, Ermənistan və Türkmənistanın baş nazirlərinin müavinləri, həmçinin Avrasiya İqtisadi İttifaqının strukturlarının və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.