ABŞ Dövlət Departamentinin iqlim elçisinin müavini Syu Biniaz ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
YeniAvropa nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq imkanları müzakirə olunub.