Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında(KTMT) iştirakını dayandırıb.
YeniAvropa xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib.
"Kollektiv təhlükəsizlik sazişi, fikrimizcə, Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə yerinə yetirilmədi. Bu, bizim diqqətimizdən kənarda qala bilməz. Biz bu sazişdə iştirakımızı dayandırdıq. Görək bundan sonra nə olacaq", - deyə N.Paşinyan bildirib.