logo

Asiya Parlament Assambleyasının sessiyası işini komitə iclasları ilə davam etdirib

15:55 22-02-2024 | icon 1491
Asiya Parlament Assambleyasının sessiyası işini komitə iclasları ilə davam etdirib

Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının(APA) 14-cü plenar sessiyası fevralın 22-də işini davam etdirir.

YeniAvropa xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

APA-nın 14-cü sessiyası günorta fasiləsindən sonra öz işini komitə iclasları ilə davam etdirir.

İqtisadi və davamlı inkişaf komitəsinin iclasında “Asiya enerji bazarının yaradılması haqqında”, “Ətraf mühitin mühafizəsi”, “İqtisadi artım üçün səyləri təmin edən maliyyə işləri”, “Yoxsulluğun aradan qaldırılması haqqında”, "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA parlamentlərinin rolu", “Asiyada hamı üçün su və kanalizasiya haqqında” və “Asiya iqlimi maliyyə təşəbbüsü haqqında” qərar və qətnamə layihələri nəzərdən keçiriləcək.

Xatırladaq ki, plenar sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

Sessiya işini fevralın 24-də başa çatdıracaq.