logo

Parisdə COP28 və COP29-a həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçirilir

12:32 20-02-2024 | icon 1400
Parisdə COP28 və COP29-a həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçirilir

Parisdə Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa işə başlayıb.

YeniAvropa xəbər verir ki, toplantıda ölkəmizi xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev təmsil edir. Dəyirmi masada dünyanın iqlim və enerji liderləri, müxtəlif ölkələrdən rəsmi nümayəndələr, diplomatlar iştirak edirlər. Dəyirmi masada COP28-in prezidenti Sultan əl-Cabirin rəhbərliyi ilə keçirilən müzakirələrin əsas məqsədi Birləşmiş Ərəb Əmirlikləri konsensusu çərçivəsində COP28-in nəticələrinə nəzər yetirmək və COP29 üçün növbəti addımları müəyyən etməkdir.