Bu gün İran İslam Şurası Məclisinin(parlamentin) nümayəndə heyəti Azərbaycana səfər edib.
YeniAvropa xəbər verir ki, İran parlamentinin nümayəndə heyəti Asiya Parlamentləri Assosiasiyasının 14-cü plenar sessiyasında iştirak edəcək.
İranın İSNA xəbər agentliyinin məlumatına əsasən, İran parlamentinin nümayəndə heyəti Bakıda bir sıra ikitərəfli görüşlər də keçirəcək.