logo

Münxendə Azərbaycan və  Ukrayna prezidentlərinin görüşü olub

18:38 17-02-2024 | icon 2065
Münxendə Azərbaycan və  Ukrayna prezidentlərinin görüşü olub

Fevralın 17-də Münxendə Azərbaycan prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna prezidenti Volodimir Zelenskinin görüşü olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident Volodimir Zelenski dövlət başçısını seçkilərdə qələbə münasibətilə təbrik etdi, Azərbaycan prezidentinə fəaliyyətində uğurlar arzuladı.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib, Volodimir Zelenskidən təbrik məktubu aldığını da məmnuniyyətlə qeyd edib.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olunub.

Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.