logo

Münxendə İlham Əliyev- Nikol Paşinyan  görüşü keçirilib

16:32 17-02-2024 | icon 1463
Münxendə İlham Əliyev- Nikol Paşinyan  görüşü keçirilib

Fevralın 17-də Münxendə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.

YeniAvropa xəbər verir ki, görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.