logo

İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib

15:55 16-02-2024 | icon 1561
İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib

Prezident İlham Əliyev fevralın 16-da "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:

1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Şahin Abdulla oğlu Mustafayev;

4. Azərbaycan Respublikasının daxili işlər naziri – Vilayət Süleyman oğlu Eyvazov;

5. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;

6. Azərbaycan Respublikasının elm və təhsil naziri – Emin Eldar oğlu Əmrullayev;

7. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

10. Azərbaycan Respublikasının gənclər və idman naziri – Fərid Fazil oğlu Qayıbov;

11. Azərbaycan Respublikasının xarici işlər naziri – Ceyhun Əziz oğlu Bayramov;

12. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

13. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Məcnun Qadir oğlu Məmmədov;

14. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

15. Azərbaycan Respublikasının mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli;

16. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

17. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev;

18. Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev;

19. Azərbaycan Respublikasının səhiyyə naziri – Teymur Yusif oğlu Musayev;

20. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova;

21. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;

22. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov;

23. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

24. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;

25. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev;

26. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

27. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;

28. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev;

29. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov;

30. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov;

31. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri – Zaur Rauf oğlu Mikayılov;

32. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;

33. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;

34. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi – Əsgər Adil oğlu Rəsulov.