logo

Mixail Mişustin Əli Əsədova zəng edib

15:15 16-02-2024 | icon 1358
Mixail Mişustin Əli Əsədova zəng edib

Fevralın 16-da Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının baş naziri Əli Əsədova zəng edib.

YeniAvropa Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Mixail Mişustin Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin olunması münasibətilə Əli Əsədovu təbrik edib.

Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, strateji tərəfdaşlığın gələcəkdə də möhkəmləndirilməsinə ümidvar olduqlarını bildiriblər.