logo

İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

13:31 14-02-2024 | icon 1295
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 14-də xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoydular.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.

Sonra xatirə şəkli çəkdirilib.