logo

Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə sadiq olacağıma and içirəm-İlham Əliyev

11:44 14-02-2024 | icon 1232
Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə sadiq olacağıma and içirəm-İlham Əliyev

 Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.

YeniAvropa xəbər verir ki, bu sözləri prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimi söyləyib.

Prezident İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:

- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

Mərasimda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpüb.

Prezident İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.

Xəbər yenilənəcək.