logo

BƏƏ-nin prezidenti İlham Əliyevi təbrik edib

22:33 13-02-2024 | icon 1372
BƏƏ-nin prezidenti İlham Əliyevi təbrik edib

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:"Zati-aliləri.

Azərbaycan Respublikasının prezidenti seçkilərində qələbəniz münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən məmnunam.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına tərəqqi və firavanlıq arzulayıram".