İlham Əliyev 92,05% səslə prezident seçicilərin qalibidir-RƏSMİ
Fevralın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
YeniAvropa xəbər verir ki, M.Pənahov 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsinin 6102-dən (93,35 faiz) nəticələrin MSK-ya daxil olduğunu bildirib. Qeyd edib ki, həmin protokollar üzrə etibarlı hesab edilmiş səslərin sayı 4 milyon 651 min 473-ə bərabərdir. Bu etibarlı səslər namizədlər arasında aşağıdakı kimi bölünüb:
Əliyev İlham Heydər oğlu - 4 milyon 281 min 625 səs (92,05 faiz);
Əliyev Fuad Ağası oğlu - 24 min 799 səs (0,53 faiz);
Həsənquliyev Qüdrət Müzəffər oğlu - 81 min 799 səs (1,76 faiz);
Musayev Elşad Nəbi oğlu - 31 min 33 səs (0,67 faiz);
Mustafa Fazil Qəzənfər oğlu - 92 min 980 səs (2 faiz);
Nurullayev Razi Qulaməli oğlu - 37 min 386 səs (0,80 faiz);
Oruc Zahid Məhərrəm oğlu – 101 min 851 səs (2,19 faiz).
Məzahir Pənahov bildirib ki, beləliklə, çox az sayda məntəqə üzrə məlumatlar MSK-ya daxil olmayıb. Hesab edirəm ki, artıq səhərdən biz bu dairə seçki komissiyalarının protokollarını qəbul edəcək və həmin protokollar üzrə lider namizədin səslərini müəyyənləşdirəcəyik. Ayın 9-da dairə seçki komissiyalarının protokolları əsasında seçkinin nəticələrini ictimaiyyətə təqdim edəcəyik. Bundan sonra daxil olan sənədləri araşdırıb MSK-nın iclasına çıxaracaq və səsvermənin nəticələri ilə bağlı yekun protokolu təsdiqləyib qəbul edəcəyik. Beləliklə, MSK səviyyəsində seçkilərə yekun vurub protokolu təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərəcəyik.
Konstitusiya Məhkəməsi MSK-nın təqdim etdiyi sənədləri araşdırıb qərar qəbul edəcək. Konstitusiya Məhkəməsinin qərarı qətidir və bu qərardan sonra lider namizəd seçilmiş hesab olunur. O, andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayacaq.
MSK-nın sədri qeyd edib ki, seçkilər çox yüksək səviyyədə hazırlanaraq keçirilib. Bu seçkilərdə Azərbaycan seçiciləri konstitusion hüquqlarını həyata keçirərək səs veriblər.
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib