“Rəy” Monitorinq Mərkəzi növbədənkənar prezident seçkilərində 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit-poll” keçirib.
YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzin direktoru Rizvan Abbasov fevralın 7-də keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, “exit-poll”da Mərkəzin 300-ə yaxın əməkdaşı iştirak edib.
“Exit-poll”un nəticələri belə olub:
Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 92.6 faiz;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 0.46 faiz;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 0.37 faiz;
Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa - 0.58 faiz;
Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev - 0.11 faiz;
Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev - 1.16 faiz;
Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev - 0.84.