Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair ilk rəsmi məlumat açıqlanıb.
YeniAvropa xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 10.00-a olan məlumata görə, seçicilərin 19,44 faizinin (1 milyon 259 min 371 nəfər) səs verdiyini bildirib.