logo

Azərbaycanlılar Rusiyanın 3 şəhərində 4 məntəqədə səs verirlər

09:49 07-02-2024 | icon 539
Azərbaycanlılar Rusiyanın 3 şəhərində 4 məntəqədə səs verirlər

Ölkəmizin Rusiyadakı səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarında Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə keçirilir.

YeniAvropa xəbər verir ki, Azərbaycanın Moskvadakı səfirliyində iki seçki məntəqəsi - 19 saylı Nərimanov birinci seçki dairəsinin 42 saylı və 19 saylı Nərimanov birinci seçki dairəsinin 43 saylı seçki məntəqələri yaradılıb.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda 19 saylı Nərimanov birinci seçki dairəsinin 44 saylı seçki məntəqəsi fəaliyyət göstərir. Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində, ətraf ərazilərdə yaşayan Azərbaycan vətəndaşlarının səsvermədə iştirakı üçün fərdi avtobus reysləri təşkil olunub.

Yekaterinburqdakı baş konsulluğumuzda 19 saylı Nərimanov birinci seçki dairəsinin 45 saylı seçki məntəqəsi yaradılıb. Burada Rusiyanın Ural Federal Dairəsində və ətraf regionlarda yaşayn Azərbaycan vətəndaşları səs verəcəklər.

Qeyd edək ki, səsvermədə 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan vətəndaşının etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq. Məntəqələr aşağıdakı ünvanlarda yerləşir: Moskva şəhəri, Voznesenski döngəsi, ev15; Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, ev 27; Yekaterinburq şəhəri, Karl Libknext küçəsi, ev 5.