logo

Seçkilərin ilkin nəticələrin saat 21:00-da elan olunması gözlənilir

09:19 07-02-2024 | icon 1365
Seçkilərin ilkin nəticələrin saat 21:00-da elan olunması gözlənilir

Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Kompüterlər Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə qoşulub. Bu da bütün məlumatların MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinə operativ ötürülməsini təmin edəcək.

YeniAvropa xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, seçkilərlə bağlı məlumatlar MSK-nın internet səhifəsində yerləşdiriləcək, ilkin nəticələrin isə 21:00-da elan olunması gözlənilir.