logo

Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb

12:21 05-02-2024 | icon 994
Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb

Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı saxlanılıb.

YeniAvropa xəbər verir ki, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları davam etdirilir.

Çexiya vətəndaşının saxlanılması barədə bu ölkənin Azərbaycandakı səfirliyinə məlumat verilib.