logo

FHN:Perinatal Mərkəzdə baş verən yanğın söndürülüb

07:55 09-01-2024 | icon 3017
FHN:Perinatal Mərkəzdə baş verən yanğın söndürülüb

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

FHN-dən YeniAvropa-ya bildirilib ki, hadisə yerinə cəlb olunmuş nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.